"Böyük Final"da məğlub olan "Xəzər Lənkəran" futbolçularına ən böyük dəstək klubun fəxri prezidenti Mübariz Mənsimovdan gəlib.
Lent.az-ın korner.az-a istinadən verdiyin xəbərinə görə, prinsipial qarşılaşmada "Neftçi"yə penaltilərdə yenilən "ağ-yaşıllar"ın fəxri prezidenti Mübariz Mənsimov klubun paltardəyişmə otağına gələrək gözəl oyuna görə, futbolçuları təbrik edib.
Bunun ardından Mübariz Mənsimov futbolçularına "Mən onlara göstərəcəm lotuluq necə olur",- deyərək futbolçulara gözəl oyuna görə təşəıkkür edib.