Azərbaycanlı iş adamı Mübariz Mənsimov “Beşiktaş”ın İdarə Heyətində təmsil oluna bilər.
Lent.az-ın qol.az-a istinadən yaydığı məlumata görə, klub prezidentliyinə namizədliyini irəli sürən Sərdar Adalının “Xəzər Lənkəran”ın sahibinin İH-yə girməsi üçün razılığını aldığı bildirilir.
Əgər Mənsimov “Beşiktaş”da olsa, o zaman “Kasımpaşa” klubunun İdarə Heyətinin üzvlüyündən istefa verəcək.
Qeyd edək ki, klub prezidentliyinə seçkidə S.Adalını rəqibi “Beşiktaş”ın indiki rəhbəri Fikrət Ormandır.