“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Barselona”nın futbolçusu Sesk Fabreqasla maraqlandıqlarını etiraf edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Fabreqasın Kataloniyanı tərk edərək İngiltərəyə qayıtmaq istəyindən xəbərdar olduğunu bildirib.
Qeyd edək ki, “Barselona” futbolçunu 30 milyon avro müqabilində satmaq istədiyini elan edib. Öz növbəsində “Çelsi” Fabreqasa həftədə 200 min funt sterlinq məvacibli müqavilə təklif edib. Mourinyo isə Fabreqasla vəziyyətin analizində maraqlı olduğunu qeyd edib.