Mourinyonun Beyl istəyi və 335 milyon
29 may 2018 12:58 (UTC +04:00)

Mourinyonun Beyl istəyi və 335 milyon

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Real”ın yarımmüdafiəçisi Qaret Beylin transferində xüsusi maraqlı olsa da, keçidin baş tutmasının mümkünsüz olduğuna inanır. Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis yüksək maliyyə şərtləri səbəbindən rəhbərliyin transferə razılıq verməyəcəyini düşünür.

 

“Real” Qaret Beyl qarşılığında 200 milyon funt sterlinq tələb edir. Uelsli “qırmızı şeytanlar”la 4 illik müqaviləyə imza atacağı təqdirdə bu məbləğin üzərinə 135 milyon funt dəyərində (ilinə 33,75 milyon funt) olan əmək haqqı da əlavə olunacaq. Mourinyonun fikrincə, “Mançester Yunayted” rəhbərliyi 29 yaşı olan və tez-tez zədələnən futbolçuya görə 335 milyon avro xərcləməz.

 

 

Qeyd edək ki, Joze Mourinyo Qaret Beyllə yanaşı, Fred və Tobi Alderveyreldlə yaxından maraqlanır.

# 224
avatar

Oxşar yazılar