Alman futbolçu Bastian Şvaynştayger “Mançester Yunayted”in Avroliqa üçün iştirak ərizəsində yer alacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Joze Mourinyo “SKY Sports”a açıqlama verib.
32 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində əsas komandadan uzaqlaşdırılaraq, ikinci heyətə göndərilmişdi. Lakin sonradan portuqaliyalı çalışdırıcı onu geri qaytarıb, İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunda meydana çıxıb.
Qeyd edək ki, Şvaynştayger 2015-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.