Mourinyo yenə birincidi
09 oktyabr 2015 20:57 (UTC +04:00)

Mourinyo yenə birincidi

0

Apasport.az saytının məlumatına görə, siyahının ilk pilləsində “Çelsi”nin çalışdırıcısı Joze Mourinyo yer alıb.

 

Bu mövsüm işləri heç də yaxşı getməyən portuqaliyalı illik 8.5 milyon avro qazanır.

 

Onu “Arsenal”ın “əbədi məşqçisi” Arsen Venger izləyir. “Topçular” fransıza bu iş üçün illik 8 milyon avro ödəyirlər.

 

İlk üçlüyü isə illik 7.3 milyon avro gəliri ilə “Mançester Yunayted”li Lui Van Qal qapayır.

 

Yenicə “Liverpul”la anlaşan alman mütəxəssis Yurgen Klopp isə mersisaydlılarla işi müqabilində ilinə 7 milyon qazanacaq.

 

İlk 10-luqda yer almış digər məşqçiləri təqdim edirik:

 

1. Joze Mourinyo (“Çelsi”) – 8.5 milyon

2. Arsen Venger (“Arsenal”) – 8 milyon

3. Lui van Qal (“Mançester Yunayted”) – 7.3 milyon

4. Yurgen Klopp (“Liverpul”) – 7 milyon

5. Manuel Pelleqrini (“Mançester Siti”) – 4 milyon

6 – 7. Slaven Biliç (“Vest Hem”) – 3 milyon

6 – 7. Roberto Martines (“Everton”) – 3 milyon

8 – 9. Mourisio Pokettino (“Tottenhem”) – 2 milyon

8 – 9. Tim Şervud (“Aston Villa”) – 2 milyon

10. Alan Pardyu (“Kristal Palas”) – 1.5 milyon

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 477

Oxşar yazılar