Mourinyo “Qalatasaray”ın futbolçularını təriflədi
18 mart 2014 13:14 (UTC +04:00)

Mourinyo “Qalatasaray”ın futbolçularını təriflədi

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü öncəsi Türkiyə “Qalatasaray”ının 2 futbolçusunu tərifləyib. Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis vaxtilə “Çelsi” və İtaliya “İnter”ində onun rəhbərliyi altında çıxış etmiş Didye Droqba və Uesli Sneyderi “vacib oyunçular” adlandırıb.

 

O bildirib ki, Droqba “zadəganlar”ın tarixi ərzində ən önəmli futbolçulardan olub: “Burada 2 mövqe ola bilməz. Biz hamımız bununla razıyıq. Lakin demirik ki, o, ən vacibidir. Çünki bu, ədalətli olmazdı. İllər işini görsə də, Didye dünyanın ən yaxşı hücumçularından biri kimi qalır”.

 

Mourinyo Sneyderi dünyanın ən yaxşı 3 pleymekerindən biri saydığını da əlavə edib.

 

Qeyd edək ki, “Çelsi” və “Qalatasaray” arasındakı cavab görüşü martın 18-də Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. İstanbuldakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901

Oxşar yazılar