Joze Mourinyo İngiltərənin “Çelsi” futbol komandasına baş məşqçi təyin olunub. Lent.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssislə 4 illik müqavilə bağlanılıb.
Mourinyo bu müddətdə 47 milyon avro qazanacaq. Qəzetə xəbəri “Çelsi”də çalışan yüksək vəzifəli şəxslərdən biri ötürüb. O bildirib ki, yeni baş məşqçi müqavilənin ardından ailəsi ilə birgə istirahətə yollanacaq və iyuldan etibarən iş başında olacaq. Mourinyo “Çelsi”ni əvvəlcə Uzaq Şərq turuna, sonra isə ABŞ-a aparacaq.
Qeyd edək ki, Joze Mourinyo 2004-cü ilin iyunundan 2007-ci ilin sentyabrınadək də “Çelsi”nin baş məşqçisi olub. O, “zadəganlar”la 2 dəfə (2004-2005, 2005-2006) İngiltərə çempionluğu, 1 dəfə (2006-2007) Federasiya Kubokunu və 2 dəfə (2004-2005, 2006-2007) Liqa Kubokunu qazanıb.