Moskva şəhərində Bakı 2015 Avropa oyunları ilə bağlı mərasim keçiriləcək.
Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir. Moskvanın “Redisson Royal,Moskva” mehmanxanasının konqres-parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir. Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda , ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər.
Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.