AVRO-2016-nın seçmə mərhələsinin Monteneqro – Rusiya oyunu zamanı meydana fişəng atıb. qonaqların qapıçısı İqor Akinteyevi zədələyən azarkeş cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Podqoritsa məhkəməsi Luka Lazaroviçə 3,5 aylıq həbs cəzası verib.
Azarkeş 750 avro cərimə də ödəməli olacaq.
Qeyd edək ki, martın 27-də keçirilən qarşılaşmanın əvvəlində yaşanan bu hadisədən sonra oyun davam etdirilsə də, ikinci hissədə dayandırılıb. Akinfeyev boynunda yanıqlarla xəstəxanaya çatdırılıb. UEFA buna görə meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verib.