MOK-un yeni prezidenti – Tomas Bax - YENİLƏNİB
10 sentyabr 2013 21:01 (UTC +04:00)

MOK-un yeni prezidenti – Tomas Bax - YENİLƏNİB

MOK-un yeni prezidenti – Tomas Bax

Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti oldu.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, qurumun 125-ci sessiyasında keçirilən gizli səsvermənin nəticələri açıqlandıqdan sonra bu bəlli olub.

 

Qurumun prezidentliyi uğrunda Tomas Baxla (Almaniya) yanaşı, Sergey Bubka (Ukrayna), Çinq-Kuo Vu (Tayvan), Riçard Karrion (Puerto-Riko), In Ser Mian (Sinqapur)  və  Denis Osvald (İsveçrə) iddia edib.

 

Seçildikdən sonra o, göstərilən etimada görə hər kəsə təşəkkürünü bildirib.

 

***

20.35

Sentyabrın 10-da Argentinanın paytaxtı Buenos – Ayresdə Beynəlxalq Olimpiya Komitəsi (MOK) gizli səsvermə yolu özünün yeni prezidentini seçib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun adı yaxın saatlarda açıqlanacaq. Prezident olmağa daha çox şanslı Tomas Baxdır. Alman hüquqşünas 1976-cı il olimpiadasında qılıncoynatma üzrə qızıl medal qazanıb.

 

İndiki prezident Jak Roqqe  12 il postu tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar