Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilovun yeni klubunun adına böyük ölçüdə aydınlıq gəlib. Apasport.az diaridetarragona.com saytına istinadən xəbər verir ki, millimizin üzvü karyerasını yenə İspaniyada davam etdirəcək.
Belə ki, "Kadis”dən ayrılan Eddinin Sequnda təmsilçisi “Ximnastik”lə anlaşdığı bildirilir. Tərəflər arasında 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, əvvəllər “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba” klublarında da oynamış Eddi İsrafilov "Kadis”ə ötən yay keçmişdi