İspaniya La Liqasında 6-cı turun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi “Eybar” öz meydanında “Selta Viqo” ilə qarşılaşıb.
Görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb.
E.İsrafilov matçın 69-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “Eybar” 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Millimizin üzvü La Liqada növbəti oyununa çıxdı
0
0
0
0