Millimizin rəqibləri məlum oldu 
10 mart 2014 21:33 (UTC +04:00)

Millimizin rəqibləri məlum oldu 

Martın 10-da İtaliyanın Parma şəhərində qadın voleybolçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamız püşkatmanın nəticələrinə uyğun olaraq D qrupuna düşüb.


İtaliyanın “RAI Sport” telekanalının canlı yayımladığı püşkatma mərasimi Farneze Teatrında keçirilib. Püşkatma Beynəlxalq Voleybol Federasiyasının prezidenti Doktor Ari Qrasa, İtaliya Voleybol Federasiyasının prezidenti Karlo Maqri, Təşkilat Komitəsinin prezidenti Karlo Salvatori və İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun iştirakı ilə baş tutub.

Millimizin də yer alacağı mundialda iştirakçı 24 komandadan 18-i bundan əvvəl bəlli olub. Yalnız Şimali Amerika zonasının ən yaxşı 6 komandası (NORSEKA) müəyyənləşməyib. Onlar isə iyunun əvvəllərində bilinəcək. 

 

Millimiz D qrupunda Yaponiya, Çin, Belçika və Şimali Amerikanın 2 komandası ilə üz-üzə gələcək.



A qrupu: İtaliya, NORSEKA-2, Almaniya, Argentina, Xorvatiya, Tunis.
B qrupu: Braziliya, Serbiya, Türkiyə, NORSEKA-4, Kamerun, Bolqarıstan.
C qrupu: NORSEKA-1, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORSEKA-6.
D qrupu: Yaponiya, Çin, NORSEKA-3, Belçika, NORSEKA-5, AZƏRBAYCAN.


Qeyd edək ki, bu ilin sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək dünya çempionatının oyunları bu 6 şəhərdə keçiriləcək: Roma, Trieste, Verona, Bari, Modena və Milan. Hər qrupda ilk 4 komanda növbəti qrup mərhələsinə vəsiqə qazanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905

Oxşar yazılar