"Qarabağ"dan ayrılan Azərbaycan millisinin hücumçusu Branimir Subaşiç Türkiyənin “Orduspor” klubu iə müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, klubun prezidenti Nedim Türkmən Türkiyə mətbuatına açıqlamasında, Subaşiçin gələn həftənin bazar ertəsi Belqraddan Türkiyəyə gələcəyi və klubla rəsmi müqaviləyə imza atacağını bildirib.
Türkiyə birinci liqasında türkdilli ölkələrin futbolçuları legioner sayılmadığında Subaşiç də əcnəbi futbolçu hesab edilməyəcək.