Millimizin qapıçısı penalti qaytardı
04 aprel 2015 19:56 (UTC +04:00)

Millimizin qapıçısı penalti qaytardı

0

Milli komandamızın qapıçısı Kamran Ağayevin formasını geyindiyi “Kayserispor” klubu Türkiyənin PTT I Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kayseri təmsilçisi XXVI tur çərçivəsində “Girəsunspor”u qəbul edib.

 

Oyun ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Kamran yenə yaxşı oyunu ilə diqqət çəkib. Qapısının toxunulmazlığını qoruyub saxlayan Ağayev son dəqiqələrdə penalti dəf edib.

 

Qeyd edək ki, XXVI turdan sonra 56 xal toplayan “Kayserispor” turnir cədvəlinə başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar