Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun son oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmaları Bakıda keçirilən qrupun 3-cü turunun oyunları eyni vaxtda baş tutub.
Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqəyə əsas iddiaçılar Xorvatiya ilə Portuqaliya qrup qalibi adı uğrunda mübarizə aparıblar. Nəticədə rəqibini 1 topla üstələyən xorvatlar qrupu maksimum nəticə ilə tamamlayıblar. Hər iki qarşılaşmada böyük hesabla uduzan Azərbaycan millisi isə Serbiya sınağına çıxıb. Qrupda qalacağı öncədən rəsmiləşən Mirbağır İsayevin yetirmələri son sınağında da rəqibinə böyük hesabla uduzub.
Avropa çempionatının elit-raundu
II qrup
III tur
22 mart
Xorvatiya – Portuqaliya - 1:0
Qol: Moro, 42
Hakimlər: Endryu Dallas, Qren Stüart (hər ikisi Şotlandiya), Namiq Hüseynov. Rəhim Həsənov (hər ikisi Azərbaycan)
Bakı. “Bakı” klubunun təlim-məşq bazası
Azərbaycan – Serbiya - 0:4
Qollar: Tomislav Todoroviç, 20; Aleksandr Stanisavlyeviç, 28; Zehrudin Mehmedoviç, 46 (pen.); Milan Panoviç, 77
Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (hər ikisi Avstriya), İoannis Lazardu, Dimitrios Massias (hər ikisi Kipr)
Bakı. “Bakcell Arena”
1 |
Xorvatiya |
3 |
3 |
0 |
0 |
8-0 |
9 |
2 |
Portuqaliya |
3 |
1 |
1 |
1 |
3-1 |
4 |
3 |
Serbiya |
3 |
1 |
1 |
1 |
4-3 |
4 |
4 |
AZƏRBAYCAN |
3 |
0 |
0 |
3 |
0-11 |
0 |