Mayın 29-da Azərbaycan milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri yoxlama oyununda Qətər yığması ilə qarşılaşıb.
Asiya ölkəsində təlim-məşq toplanışında olan millimiz Dohanın “Əl-Sədd” klubunun stadionunda meydan sahibləri ilə görüşüb.
Millimiz DÇ-2014-ün Avropa zonasındakı seçmə mərhələsində iyunun 7-də Lüksemburqla qarşılaşacaq. Həmin görüşə hazırlıq məqsədilə Dohaya yollanan Foqtsun komandası matça tam heyətlə çıxmayıb.
Çünki Azərbaycan kubokunun finalında üz-üzə gələn “Neftçi” və “Xəzər Lənkəran”ın 5 üzvü yığmanın düşərgəsində olmayıb. .
Asiyalılar da DÇ-2014-ün qitə üzrə seçmə matçlarına hazırlıq üçün millimizlə oyuna ciddi önəm verir. Artıq Latviya yığmasını sınağa çəkən Qətər millisini daha çox iyunun 4-dəki oyun düşündürür. Həmin günü İranı qəbul edəcək rəqibimiz Baltikyanı ölkə təmsilçisini 3:1 hesabı ilə uddub.
Qeyd edək ki, bu matç rəqiblər arasında ilk görüşdür.
Oyun heç-heçə başa çatıb.
QƏTƏR – AZƏRBAYCAN - 1:1
Baş hakim: Tamuni Salah Vahid (Liviya)
Doha. “Əl-Sədd” stadionu
Qətər: 1. Qasem Abdullhamed Burhan, 3. Mohammed Kasola, 5. Abdelkarim Hassan Fadlalla, 6. Bilal Mohammed Rajab, 7. Vesam Rizik Abdulmajid, 10. Khalfan İbrahim Al-Khalfan, 12. Magid Mohammed Hassan, 13. İbrahim Majed Abdullmajed, 15. Talal Ali Albloushi, 20. Yusef Ahmed Ali, 24. Mosaab Mohamoud Elhassan
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 11. Branimir Subaşiç, 13. Əli Gökdemir, 15. Ruslan Abışov (k), 18. Maksim Medvedev, 21. Volodimir Levin, 22. Əfran İsmayılov, 24. Arif İsayev, 26. Qara Qarayev, 27. Rüfət Dadaşov.