19 yaşadək qız futbolçulardan arasında Bakı keçirilən Avropa çempionatının II seçmə qrupuna start verilib. Apasport.az saytının məlumatına görə, millimiz ilk oyunda Ukrayna ilə üz-üzə gəlib.
“Bayıl Arena”da keçirilən görüş Patrisiya Qonsalesin yetirmələrinin üstünlüyü şəraitində keçsə də, qalib gələn tərəf qonaqlar olub. Matçda yeganə qolu Ukrayna yığmasının yarımmüdafiəçisi Viktoriya Qolovaç vurub. O, 64-cü dəqiqədə Aytac Şərifovanın qoruduğu qapıya yol tapıb.
Qeyd edək ki, qrupun digər görüşündə bu gün saat 19:00-da Danimarka Kiprlə görüşəcək. Sentyabrın 15-də isə Kipr – Ukrayna və Danimarka – Azərbaycan oyunları keçiriləcək.