Almaniya II Bundesliqasında V turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” də növbəti oyununa çıxıb.
Aue təmsilçisi səfərdə “İnqolşdatd”la üz-üzə gəlib. Görüş milli üzvünün komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça start heyətində başlayan Nazarov görüşü əvəzedilmədən tamamlayıb.
Qeyd edək ki, 5 oyundan sonra aktivində 7 xal olan “Erzgebirge” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.