Milli komandanın start heyəti açıqlandı
02 sentyabr 2015 21:09 (UTC +04:00)

Milli komandanın start heyəti açıqlandı

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Xorvatiya millisi ilə baş tutacaq oyun üçün əsas heyəti açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, xorvatiyalı baş məşqçi Əfran İsmayılovun yüngül zədəsi olduğunu, digər 10 oyunçunu isə artıq müəyyən etdiyini deyib.

 

Milli komandamızın qapısını Kamran Ağayev qoruyacaq. Müdafiə xətti “Qarabağ” və “Qəbələ”nin oyunçularından ibarət olacaq. Cinahlarda Məhəmməd Mirzəbəyov və Arif Daşdəmirov, mərkəzdə isə Bədavi Hüseynov və Rəşad Sadıqov çıxış edəcək.

 

Dayaq yarımmüdafiəçisi kimi Qara Qarayev və Rahid Əmirquliyev meydana çıxacaq. Hücumameyilli oyunçular isə Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov olacaq.

 

Sabahkı oyunda millimizin yeganə hücumçusu isə Məhəmməd Qurbanov olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar