Meydandan qovulmuş futbolçuların cəzaları açıqlandı
04 mart 2014 13:48 (UTC +04:00)

Meydandan qovulmuş futbolçuların cəzaları açıqlandı

AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XXIV turunda meydandan qovulmuş futbolçuların cəzalarını açıqlayıb. Lent.az-ın məlumatına görə, “Bakı” ilə görüşün 60-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılmış “Sumqayıt”ın müdafiəçisi Nodar Məmmədov 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.

 

AZAL-la matçın 46-cı dəqiqəsində ikinci sarı vərəqədən sonra qovulmuş “Rəvan”ın müdafiəçisi Cəmşid Məhərrəmov və klubu da eyni cəza və cəriməyə məruz qalıb. Hər iki futbolçu idmançıya yaraşmayan hərəkətə görə cəzalanıblar.

 

Bu matçın 75-ci və 85-ci dəqiqələrində isə AZAL-ın futbolçuları Joze Junior Ayltonla Viktor İqbekoyiyə qırmızı vərəqə göstərilib. Aylton sonuncu ümid fouluna görə birbaşa qırmızı, İqbekoyi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Onlar da hərəyə 1 oyunluq cəza, klub isə üst-üstə 400 manat cərimə ilə kifayətlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar