Ukrayna I liqasında “Aleksandriya”- “Niva” klublarının oyunda maraqlı hadisə baş verib. Lent.az-ın məlumatına görə, oyunun sonlarına yaxın 30-35 yaşında lüt azarkeş meydana çıxaraq dövrə vurub, sonra isə yenidən tribunaya qalxıb. Stadionun mühafizəçiləri həmin şəxsi dayandırmayıb. Azarkeşin meydan sahiblərinin fanatı olduğu deyilir.
Qeyd edək ki, bu komandaların arasında oyun 3-0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.