Messidən yeni rekord
24 mart 2014 10:34 (UTC +04:00)

Messidən yeni rekord

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi “Real Madrid”lə matçlarda məhsuldarlıq rekordu müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu “kral klubu” ilə ötən gün səfərdə keçirilmiş ölkə çempionatının 29-cu tur matçındakı “het-trik”i sayəsində liderliyə yüksəlib.

 

Hazırda onun hesabında “El-Klassiko”larda 21 qol var. Bunadək Messi snayperlər yarışında “Real Madrid”in sabiq hücumçusu Alfredo di Stefano ilə hərəyə 18 qolla ilk 2 yeri bölüşdürürdü.

 

Digər tərəfdən, 27 yaşlı hücumçu əzəli rəqiblə oyunlarda ikinci dəfə “het-trik” edib. İlk dəfə o, 2007-2008-ci il mövsümündə “Real Madrid”i məyus edib. “Nou Kamp” stadionunda baş tutmuş həmin görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib.

 

Qeyd edək ki, son “El-Klassiko”da “Barselona” 4:3 hesabı ilə qalib gəlib. Lionel Messi 42-ci, 65-ci və 84-cü dəqiqələrdə fərqlənib. O, son 2 qolu penaltidən vurub. “Real Madrid”in heyətində isə 20-ci və 24-cü dəqiqələrdə Kərim Benzema “dubl” edib, 55-ci dəqiqədə Kriştianu Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirib. Qələbəyə baxmayaraq, “Barselona” 69 xalla 3-cü pillədə qalıb. Turnir cədvəlinə isə hərəyə 70 xala malik “Atletiko” və “Real Madrid” başçılıq edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar