Messidən yeni rekord
13 mart 2014 10:11 (UTC +04:00)

Messidən yeni rekord

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi növbəti rekord müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu “Mançester Siti” ilə 1/8 final mərhələsinin cavab görüşündə növbəti dəfə fərqlənərək, Çempionlar Liqasındakı qollarının sayını 67-yə çatdırıb.

 

Bununla da Messi eyni komandada vurduğu qol sayında hamını üstələyib. İndi onun növbəti hədəfi Çempionlar Liqasının bombardirləri siyahısında liderliyə yüksəlməkdir. Bunun üçün 27 yaşlı forvard Raul Qonsaleslə 4 topluq fərqi aradan qaldırmalıdır. Messinin istəyinə elə cari mövsümdəcə çatacağı real görünür. Çünki “Barsa” ¼ finala çıxıb və bu isə o deməkdir ki, kataloniyalıları hələ ən azı 2 oyun gözləyir.

 

Qeyd edək ki, “Barselona” “Mançester Siti” ilə cavab görüşünü də qələbə ilə başa vurub – 2:1.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar