![Messi rekordu təkrarladı](https://lent.az/storage/news/2019/may/20/big/a03c49f9fd4a9a501d92d6891bb1fca8.jpg)
Messi rekordu təkrarladı
İspaniya çempionatında mövsümün son oyun günündə “Eybar”ın (2:2) qapısına iki qol vuran Lionel Messi La Liqanın bombardiri adını rəsmiləşdirib.
ONA-nın məlumatına görə, “Barselona”nın hücumçusu buna 36 qolla nail olub.
Böyük üstünlüklə hamını qabaqlayan argentinalı ardıcıl 3-cü, ümumilikdə 6-cı dəfə İspaniyada ən yaxşı bombardir olub. Onun komanda yoldaşı Luis Suares və “Real”lı Kərim Benzema hərəyə 21 dəfə fərqlənib.
L.Messi La Liqanın tarixində ən çox bombardir olan Telmo Sarranın rekordunu təkrarlayıb. Hər iki futbolçu 6 dəfə bunu bacarıb. Uqo Sançes, Alfredo di Stefano və Kininin 5, Ferens Puşkaşın 4 belə mükafatı var.
Cənubi amerikalı Avropa ölkələrinin liqalarında ən çox qol vuran futbolçu üçün təsis olunan “Qızıl buts” uğrunda mübarizədə də üstünlüyünü artırıb. 36 qolla 72 xal toplayan L.Messini yalnız Killian Mbappe keçə bilər. Bunun üçün hesabında 32 top olan fransalı hücumçu mövsümün son turunda PSJ-nin “Reyms”lə görüşündə 5 dəfə fərqlənməlidir.
1. Lionel Messi (Barselona): 36 qol (x2,0) / 72 xal
2. Kilian Mbappe (PSJ): 32 qol (x2,0) / 64 xal
3. Fabio Kvalyarella (Sampdoriya): 26 qol (x2,0) / 52 xal
4. Mbaye Diaqne (Qalatasaray): 30 qol (x1,5) / 45 xal
5-11. Məhəməd Salah (Liverpul): 22 qol (x2,0) / 44 xal
5-11. Robert Levandovski (Bavariya): 22 qol (x2,0) / 44 xal
5-11. Nikola Pepe (Lill): 22 qol (x2,0) / 44 xal
5-11. Duvan Sapata (Atalanta): 22 qol (x2,0) / 44 xal
5-11. Pyer-Emerik Obameyanq (Arsenal): 22 qol (x2,0) / 44 xal
5-11. Sadio Mane (Liverpul): 22 qol (x2,0) / 44 xal
5-11. Kşiştof Pentek (Milan): 22 qol (x2,0) / 44 xal
Qeyd edək ki, “Qızıl buts” uğrunda mübarizədə futbolçuların hesabındakı qol sayı çıxış etdiyi liqanın əmsalına vurulur.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO](https://lent.az/storage/news/2024/july/27/big/66a425db1a1a766a425db1a1a8172203362666a425db1a1a366a425db1a1a5.jpg)
Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO
27 iyul 2024 , 02:41Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO
26 iyul 2024 , 21:58![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir](https://lent.az/storage/news/2024/july/26/big/66a3e1d5863ff66a3e1d586400172201621366a3e1d5863f966a3e1d5863fc.jpg)
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
26 iyul 2024 , 21:50![Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3a3f3c97d766a3a3f3c97d8172200037166a3a3f3c97d266a3a3f3c97d4.jpg)
Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu
26 iyul 2024 , 19:07![Ronaldo ailəsi ilə tətildə](https://lent.az/storage/news/2024/july/26/big/66a383fd5fc4666a383fd5fc64172199218966a383fd5fc4066a383fd5fc43.jpg)
Ronaldo ailəsi ilə tətildə
26 iyul 2024 , 18:02![Ərəblər "Barselona"nın bu hücumçusunu alır](https://lent.az/storage/news/2024/july/26/big/66a37262ece7366a37262ece74172198768266a37262ece7066a37262ece72.jpg)
Ərəblər "Barselona"nın bu hücumçusunu alır
26 iyul 2024 , 15:26!["Barselona"nın kapitanı o olacaq](https://lent.az/storage/news/2024/july/26/big/66a333072664a66a333072664b172197146366a333072664766a3330726648.jpg)
"Barselona"nın kapitanı o olacaq
26 iyul 2024 , 09:48![12 yaşlı qızı zorlamaqda təqsirli bilinir: Olimpiadaya getdi](https://lent.az/storage/news/2024/july/25/big/66a23d1140c5d66a23d1140c5e172190849766a23d1140c5766a23d1140c5a.jpg)