Messi dünyanın ən yüksək məvacib alan futbolçusu olacaq
26 mart 2014 05:21 (UTC +04:00)

Messi dünyanın ən yüksək məvacib alan futbolçusu olacaq

“Barselona”nın prezidenti Xose Mariya Bartomeu komandanın hücumçusu Lionel Messinin dünyanın ən yüksək məvacibli futbolçusu olacağına söz verib. Apasport.az saytının məlumatına görə, bu hadisə “Barsa”nın Messi ilə yeni müqavilə imzalamağa hazırlaşdığı yay aylarında baş verəcək. Onun komanda ilə hazırkı müqaviləsi 2017/2018-ci illərdə başa çatır.

 

Bartomeu bununla bağlı deyib: “Biz istəyirik ki, Messi dünyanın ən yüksək məvacibli futbolçusu olsun. Detalları söyləməyəcəyəm. Hazırda mövsümü başa vurmaq üzərində düşünürük. Sonra isə baxarıq”.

 

Ən yüksək məvacib alan futbolçuların reytinqi vaxtaşırı dərc olunur. Bu zaman bəzi qəzetlər ancaq futbolçunun aldığı məvacibi, digərləri isə reklamdan gələn gəliri də hesablayırlar.

 

Əgər təkcə məvacib hesablansa, Messi vergilər də çıxılandan sonra 2013-cü ildə 10,43 milyon avro “təmiz” maaş alıb. O, bu göstəriciyə görə 5-ci yerdədir. Məvacibə görə Messini “Real”ın hücumçusu portuqaliyalı Kriştianu Ronaldu, “Monako”nun kolumbiyalı hücumçusu Radamel Falkao, “PSJ”nin isveçrəli və braziliyalı futbolçuları Zlatan İbrahimoviç və Tiaqo Silva qabaqlayırlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086

Oxşar yazılar