Messi daha bir rekorda imza atdı
30 aprel 2018 10:08 (UTC +04:00)

Messi daha bir rekorda imza atdı

0
 
“Barselona”nın lideri Lionel Messi daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, argentinalı forvard bunu La Liqanın XXXV turunda “Deportivo” ilə qarşılaşmada reallaşdırıb.
 
 
 
Belə ki, matçda het-trik müəllifi olan Leo cari mövsümdə toplarının sayını 32-yə çatdırıb. Bununla Messi La Liqada 7 mövsüm 30 qol həddinə çatan ilk oyunçu olub. O, 2009/10 (34), 2010/11 (31), 2011/12 (50), 2012/13 (46), 2014/15 (43) və 2016/17 (37) mövsümündə də 30-dan çox qola imza atıb.
 
 
 
Qeyd edək ki, “Deportivo” - “Barselona” oyunu 2:4 hesabı ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar