Dünya futbolunun ulduzlarından sayılan argentinalı Lionel Messi 15 ildir formasını geyindiyi “Barselona”dan ayrılmaq istəyir.
Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb 29 yaşlı futbolçunun atası ilə birgə ittiham olunduğu vergidən yayınmaya görə aldığı cəzalardır.
Bundan sonra argentinalı ulduz İspaniyadan ayrılmaq qərarına gəlib. Messi Kataloniya təmsilçisindən illik 50 milyon avro tələb edib. “Barcelona”nın isə bu rəqəmi ödəməsi gözlənilmir.
Mənbənin sözlərinə görə, ulduz futbolçu “Barselona”dan ayrılacağı təqdirdə “Mançester Siti”də forma geyinəcək.
Messi ailəsi ilə İngiltərədə yaşamaq istədiyini bildirib.