Türkiyənin “Qalatasaray” idman klubunun iyunun 22-də keçirilən qurultayında seçilən yeni İdarə Heyəti rəsmən fəaliyyətə başlayıb.
APA-nın xəbərinə görə, klub prezidenti Ünal Aysalın formalaşdırdığı yeni İdarə Heyətində Türkiyənin məşhur sənətçisi Candan Ərçətin də yer alıb.
İdarə Heyətinin iyunun 25-də keçirilən ilk toplantısında vəzifə bölgüsü aparılıb. C. Ərçətin “Qalatasaray” prezidentinin 2 köməkçisindən biri olub. Türkiyə idman klublarının tarixində ilk dəfədir ki, bir qadın belə yüksək vəzifəyə gətirilir.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü C. Ərçətin Qalatasaray Liseyini bitirib. Uzun illər eyni liseydə musiqi müəlliməsi olub. Hazırda Türkiyənin ən nüfuzlu ali məktəblərindən olan Qalatasaray Universitetində dərs deyir.