Məşhur idmançı seksual zorakılığa görə axtarışa verildi
02 aprel 2014 12:10 (UTC +04:00)

Məşhur idmançı seksual zorakılığa görə axtarışa verildi

Qarışıq döyüşlər üzrə 4 qat dünya çempionu Aleksandr Yemelyanenko seksual zorakılıq işi ilə bağlı axtarışa verilib. Lent.az-ın Rusiyanın İstintaq Komitəsinə istinadən məlumatına görə, Yemelyanenko ilkin təhqiqat orqanlarından gizlənib.

 

O, müəyyən olunmuş vaxtda dindirilmə və digər istintaq hərəkətlərinin aparılması üçün gəlməyib. Yaxın vaxtlarda məşhur idmançıya qarşı ittiham elan olunacaq.

 

Qeyd edək ki, bu, Aleksandr Yemelyanenkonun adının hallandığı ikinci zorlama işidir. 2013-cü ilin avqustunda 23 yaşlı qadın zorlandığı barədə polisə ərizə verib. Lakin sonradan o, ərizəsini geri götürüb. İdmançının vəkili isə əvvəllər bildirib ki, Yemelyanenko qadını zorladığı barədə heç bir təsdiqedici ifadə verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1843

Oxşar yazılar