Məşhur futbolçu dünya çempionatından kənar qala bilər
31 may 2014 16:23 (UTC +04:00)

Məşhur futbolçu dünya çempionatından kənar qala bilər

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo qarşıdan gələn dünya çempionatında forma geyinməyə bilər. Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, K.Ronaldo milli komandanın düşərgəsinə qatılsa da, ilk günü məşq zalında keçirib. 

 

Portuqaliya Futbol Federasiyası ulduz futbolçunu dünya çempionatına çatdırmaq üçün “Real” Madridin fizioterapevti Xavyer Santamariyanı da işə götürüb. Sol ayağında zədəsi olan K.Ronaldonun çempionat başlayana kimi yoldaşlıq görüşlərində forma geyinməsi gözlənilmir.

 

Qeyd edək ki, K.Ronaldo zədəli olmasına baxmayaraq, Çempionlar Liqasının finalında “Atletiko” ilə oyunda 120 dəqiqə meydanda olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1732

Oxşar yazılar