“Mançester Yunayted”in portuqaliyalı legioneri Nani mövsümün sonunda komandanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, futbolçu karyerasını “Yuventus”da davam etdirəcək.
“Yuventus”» artıq 27 yaşlı portuqaliyalı və “Mpançester Yunayted” rəhbərliyi ilə razılaşıb. Mançester komandası portuqaliyalının əvəzində 5 milyon avro, eləcə də Nani Turində yaxşı nəticə göstərsə, əlavə bonus alacaq. Futbolçu özü mövsüm ərzində 4 milyon avro qazanacaq.