Məmmədyarov və Rəcəbov uduzdu
28 aprel 2014 21:07 (UTC +04:00)

Məmmədyarov və Rəcəbov uduzdu

Bu gün Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti turun oyunları keçirilib.

 

Apasport.az saytının məlumatına görə, VIII oyun günündə Azərbaycan şahmatçıları üçün uğursuz olub.

 

Teymur Rəcəbov Fabiano Karuana ilə görüşdə məğlub olub. Qrossmeysterimiz qara fiqurlarla oynayıb.

 

Şəhriyar Məmmədyarov isə sonuncu pillədən yaxa qurtarmaq üçün şahmat taxtası arxasına keçib. Amma şahmatçımız növbəti dəfə masa arxasından məğlub ayrılaraq, sonuncu pilləni tərk edə bilməyib.

 

 

VIII tur

Maqnus Karlsen - Sergey Karyakin - 0,5:0,5

Fabiano Karuana - Teymur Rəcəbov - 1:0

Şəhriyar Məmmədyarov - Hikaru Nakamura - 0:1

 

Turnir cədvəli: Karlsen 5 xal; Karuana 4,5 xal; Rəcəbov, Karyakin, Nakamura 4 xal; Məmmədyarov 2,5 xal.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760
avatar

Oxşar yazılar