Məmmədyarov Anandla üz-üzə
21 iyun 2013 06:12 (UTC +04:00)

Məmmədyarov Anandla üz-üzə

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 7-ci günündə Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək. 

Turnirdə 1 qələbə qazanıb, ardıcıl 5 dəfə heç-heçə edən və aktivində 3,5 xal olan qrossmeysterimiz hindistanlı şahmatçı Vişvanatan Anandla qarşılaşacaq. 

Digər görüşlərdə isə Maqnus Karlsenlə Aleksandr Morozeviç, Hikaru Nakamura ilə Boris Gelfand, Vladimir Kramniklə Dmitri Andreykin və Sergey Karyakinlə Fabiano Karuana üz-üzə gələcək. 

Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.

21 iyun
VII

Maqnus Karlsen (Norveç, 2864) - Aleksandr Morozeviç (Rusiya, 2760)
Hikaru Nakamura (ABŞ, 2784) - Boris Gelfand (İsrail, 2755)
Şəhriyar Məmmədyarov (2753) - Vişvanatan Anand (Hindistan, 2786)
Vladimir Kramnik (Rusiya, 2803) - Dmitri Andreykin (Rusiya, 2713)
Sergey Karyakin (Rusiya, 2782) - Fabiano Karuana (İtaliya, 2774)


Xal durumu: Nakamura – 4,5, Gelfand – 4, Məmmədyarov, Karlsen – 3,5, Karuana, Andreykin – 3, Karyakin – 2,5,

 

# 763
avatar

Oxşar yazılar