Nigeriya millisinin və “Fənərbağça”nın hücumçusu Emanuel Eminikenin vətənindəki torpaq sahəsi əlindən alınıb. Lent.az-ın məlumatına görə, nigeriyalı futbolçu öz ölkəsində futbol akademiyası tikdirmək üçün 13 hektar torpaq sahəsi alıbmış. Ölkədə hərbi rejimin hakimiyyətə gəlməsi ilə həmin sahə müsadirə edilib.
Emenike bildirib ki, torpaq sahəsinin alınmasına 180 min dollar pul xərcləyib.
Qeyd edək ki, futbolçu Türkiyənin “Hürriyyət” qəzetinə açıqlamasında deyib ki, ən böyük arzusu futbol akademiyası açmaq imiş. O, məsələ ilə bağlı məhkəməyə müraciət edib.