Türkiyə millisinin və “Qalatasaray”ın oyunçusu Burak Yılmazın atası çalışdırdığı klubdan istefa verib. Lent.az-ın məlumatına görə, “Orduspor” klubunun baş məşqçisi olan Fikrət Yılmaz tutduğu vəzifədən öz istəyi ilə gedib.
O, qərarını “twitter” hesabından ictimaiyyətə çatdırıb: " "Orduspor", Allah yolunu açıq eləsin. Sevənlərə və sevməyənlər də, inananlara və inanmayanlara da təşəkkür edirəm. Bütün ordululara minnətdarlığımı bildirirəm. Sağolun".