İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi 41 yaşında futbola qayıdıb.
Lent.az-ın “qol.az”-a istinadən xəbərinə görə, o, Hindistanın "Çennai" klubu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, M.Materatsi "Çennai"nin həm futbolçusu, həm də baş məşqçisi olacaq.
Qeyd edək ki, 2011-ci ildə "İnter"dən ayrılan M.Materatsi indiyə kimi heç bir komandada oynamayıb.