Marko van Basten “Qəbələ” ilə oyundan danışdı
21 iyul 2014 11:10 (UTC +04:00)

Marko van Basten “Qəbələ” ilə oyundan danışdı

“Maraqlı və gərgin matç oldu. Rəqib gözəl oyun nümayiş etdirdi. Qarşımızda yaxşı təşkilatlanmış və intizamlı bir rəqib gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Alkmaar” klubunun baş məşqçisi Marko van Basten deyib.

 

O bildirib ki, yoxlama oyununda 2:0 hesabı ilə məğlub etdikləri “Qəbələ” yaxşı təsir bağışlayıb: “Qarşılaşma boyu yaxşı qol imkanları yaxaladılar. Düşünürəm ki, hazırlıq baxımından hər iki komanda üçün yararlı bir qarşılaşma oldu. Oyundan da, nəticədən də razı qaldım. “Qəbələ” haqda ətraflı məlumatımız yox idi. Bu matça digər oyunlara hazırlaşdığımız kimi ciddi hazırlaşmışdıq. “Qəbələ”nin Akademiya direktoru Stenli Brarddan rəqib haqda məlumat ala bilərdim. Lakin onunla bu barədə danışmamışıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066

Oxşar yazılar