İtaliya A seriyasının III turu çərçivəsində keçirilən "Palermo" - "Napoli" matçı (0:3) qonaqların futbolçusu Marek Hamşik üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, görüşdə ilk qolu vuran slovakiyalı oyunçu Neapol təmsilçisinin heyətində 82-ci dəfə fərqlənərək əfsanəvi Dieqo Maradonanın rekordunu qırıb.
Dünya futbolunun gəlmiş-getmiş ən güclü futbolçularından olan argentinalı A seriyasında 81 qol vurmuşdu.
Marek Hamşik “Napoli” forması ilə ümumilikdə 99 qol vurub. Bunlardan 4-ü İtaliya kubokunda, 13-ü isə avrokubok oyunlarında qeydə alınıb.
Qeyd edək ki, buyay "mavilər"lə müqavilə yeniləyən Hamşik hələ 4 ildə neapolluların formasını geyinəcək.