Lent.az – ın “qol.az”-a istinadən xəbərinə görə, argentinalı mütəxəssis Xorvatiyada bir gecə klubunda istirahət edərkən onunla şəkil çəkdirmək istəyən fanatı döyüb.
Hadisə şahidlərinin sözlərinə görə, spirtli içki qəbul edən D.Maradona əvvəlcə fanatını itələyib. Daha sonra əfsanəvi futbolçu onu təhqir edən xorvatiyalı fanatını döyüb. Klubun mühafizəçiləri hadisənin daha da böyüməsinin qarşısını alıblar.
Qeyd edək ki, D.Maradona bundan əvvəl ondan müsahibə almaq istəyən jurnalisti şillələyib.