Maradona bu səbəbdən cəzalanacaq
04 aprel 2019 14:40 (UTC +04:00)

Maradona bu səbəbdən cəzalanacaq

Meksika Futbol Federasiyası əfsanəvi Dieqo Maradona ilə bağlı iddia qaldırıb.
 
ONA-nın məlumatına görə, buna Argentina millisinin sabiq ulduzunun verdiyi açıqlama səbəb olub.
 
Federasiya rəhbərliyi D.Maradonanın Meksikada baş məşqçisi olduğu “Dorados de Sinaloa”nın “Tampiko Madero” ilə görüşündən sonra keçirilən mətbuat konfransındakı siyasi çıxışından narazı qalıb. 59 yaşlı mütəxəssis 3:2 hesablı qələbəni Venesuela prezidenti Nikolas Maduro və bu ölkədə əziyyət çəkənlərə həsr etdiyini vurğulayıb. D.Maradona bu posta gəlmək istəyən Xuan Quaidonu oyuncaq adlandırıb və ABŞ prezidenti Donald Trampın siyasətini tənqid edib.
Federasiyada belə çıxışı təşkilatın etik kodeksinə zidd hərəkət kimi qəbul olunub. Bu üzdən argentinalını cərimə cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675
avatar

Oxşar yazılar