Azərbaycanın məşhur qrossmeysteri Vüqar Həşimovun xatirəsinə Şəmkirdə keçiriləcək “Shamkir Chess-2014” Beynəlxalq şahmat turnirinin iştirakçıları, eləcə də Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və “Synergy Group” rəhbərliyi Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Lent.az-ın məlumatına görə, sonra beynəlxalq şahmat turnirinin iştirakçıları Həşimovun III Fəxri Xiyabandakı məzarı önünə gələrək, onun xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil qoyub və gül düzüblər.
Ziyarətçilər arasında şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen də olub.