“Mançester Yunayted” futbol klubunun azarkeşləri 840 funt sterlinqə təyyarə icarəyə götürürlər. Apasport.az saytının məlumatına görə, təyyarə “Old Trafford” stadionu üzərindən uçacaq.
Təyyarəyə baş məşqçi Devid Moyesin istefaya göndərilməsini tələb edən banner birləşdiriləcək: “Doğru olmayan seçim. Moyes, rədd ol!”
Bundan əlavə, azarkeşlər yeni baş məşqçi ilə müqavilə bağlamaq üçün vəsait toplamağa da başlayıblar. Vəsait toplanmasına çağırış “Twitter” vasitəsilə yayılır. Hazırda bu sosial şəbəkədə ən populyar mesajlardan biri “Moyes, rədd ol!” mesajıdır.
Moyes bu mövsümün əvvəlində 27 il komandaya başçılıq edən Aleks Ferqüssonu əvəz edib. Komanda hazırda Çempionlar Liqasında çıxışını davam etdirsə də, ölkə çempionatında yeddinci yeri tutur. Maraqlıdır Ki, Premyer Liqanın təşkil edildiyi 1992/1993-cü il mövsümündən bu yana “Mançester Yunayted” heç bir zaman üçüncü yerdə aşağı düşməyib.