Mahir Şükürov oynadı, “Karşıyaka” kubokla vidalaşdı
25 sentyabr 2014 05:11 (UTC +04:00)

Mahir Şükürov oynadı, “Karşıyaka” kubokla vidalaşdı

0

Türkiyə kubokunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" "Altay"la münasibətlərinə aydınlıq gətirib.

 

Qarşılaşmanın əsas vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. Əlavə vaxtda da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. Burada isə qonaqlar daha dəqiq oynayıb - 4:3 (ümumi hesab 5:4).

 

Qeyd edək ki, Şükürov meydana start heyətində daxil olub. Müdafiəçimiz 120 dəqiqə mübarizə apardığı görüşdə komandasının 4-cü penaltisinə imza atıb və zərbəsi də dəqiq olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1372

Oxşar yazılar