Mahir Məmmədov: “Məmmədyarov yorğundur, Rəcəbov isə inamlı oynayır”
30 aprel 2014 10:56 (UTC +04:00)

Mahir Məmmədov: “Məmmədyarov yorğundur, Rəcəbov isə inamlı oynayır”

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov “Shamkir Chess 2014” turnirinin təşkili və Azərbaycan şahmatçılarının çıxışı barədə danışıb. Lent.az-ın məlumatına görə, M. Məmmədov turnirin rəsmi saytına açıqlamasında təşkilatçılığı yüksək qiymətləndirib.

 

O deyib: “Bu turnir Azərbaycan şahmat yığmasının üzvü, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunub. Həşimovun vaxtsız vəfatı hamıya pis təsir etdi. “Synergy Group” tərəfindən Vüqarın adının əbədiləşdirilməsi yolunda belə addımın atılması müsbət haldır. Təşkilatçıların belə yüksək səviyyədə turnir keçirməsi şahmatsevərlərə əsl bayram yaşatdı”.

 

Azərbaycan şahmatçılarının iştirakına gəlincə, federasiya rəsmisi bildirib ki, “B” turnirində mübarizə aparan şahmatçılarımız güclü rəqabətlə üzləşiblər. Bununla belə onların çıxışını normal saymaq olar: “Əsas məqsəd gənc şahmatçılarımızın təcrübə toplaması oldu. Bildiyiniz kimi, 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında kişi şahmatçıların mübarizəsində 3 komanda ilə təmsil olunmaq fikrimiz var. Ona görə belə turnirlərin nəticəsi seçim üçün imkan verir”.

 

“A” turnirində isə qalib son turda məlum olacaq. Əksəriyyət, dünya çempionu Maqnus Karlsenin asanlıqla qalib gələcəyini proqnozlaşdırsa da, 1-ci yerin sahibi məhz 10-cu turda müəyyənləşəcək. Məmmədovun sözlərinə görə, Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində yüksək səviyyədə hazırlaşaraq, Rusiyanın Xantı-Mansiysk şəhərində normal mübarizə sərgiləyib, yaxşı partiyalar nümayiş etdirib. Şəmkirdəki yarışda isə Məmmədyarovun yorğunluğu özünü göstərib. Teymur Rəcəbovun çıxışını isə hamı böyük maraqla izləyir: “2013-cü ildə iddiaçılar turnirindən başlayan uğursuzluqdan fərqli olaraq, Rəcəbov Şəmkirdə daha yaxşı və inamlı oynayır. Teymurun son aylardakı hazırlığı bəhrəsini verir”.

 

Sonda vitse-prezident bu turnirin ənənəvi keçirilməsini arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar