Madrid klubu yeni futbolçu alıb
21 may 2016 12:51 (UTC +04:00)

Madrid klubu yeni futbolçu alıb

0

“Atletiko” növbəti transferini gerçəkləşdirməyə hazırlaşır.

Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu barədə İspaniya mətbuatı yazıb. Madrid klubu Portuqaliya “Benfika”sının yarımmüdafiəçisi Nikolas Qaytanı transfer edəcək. Bununla bağlı rəsmi məlumatın bu gün açıqlanacağı gözlənilir.

28 yaşlı futbolçu özü də dünən jurnalislərə bildirib ki, “Benfika” ilə 2019-cu ilə qədər müqaviləsi olsa da, yaxın vaxtlarda klubu tərk edəcək.

Bildirilir ki, Qaytan “Atletiko” ilə dəyəri 25 milyon avro olan 4 illik müqavilə bağlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar