İspaniya La Liqasının XXI turu çərçivəsində bu gün keçirilməli olan “Selta” - “Real” oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, matçın keçirilməməsinə səbəb Viqo şəhərindəki əlverişsiz hava şəraitidir.
Qarşılaşmanın hansı tarixə keçirildiyi hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, bu, XXI turda təxirə salınan ilk oyun deyil. Belə ki, turun açılış qarşılaşması – “Deportivo” – “Betis” matçı da La Korunya şəhərində əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı.