Madrid “Real”ının prezidentinə şübhəli toz göndərildi
11 mart 2017 05:24 (UTC +04:00)

Madrid “Real”ının prezidentinə şübhəli toz göndərildi

Madrinin “Real” futbol klubunun prezidenti Florentino Peres  içərisində şübhəli ağ toz olan paket göndərilib.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, “Sanyaqo Bernabeu” stadionuna göndərilən bağlama Florentino Peresə ünvanlanıb.

 

Hadisə yerinə gələn mütəxəssislər tozun zərərsiz olduğunu müəyyən edib. Paketin ekspertizaya göndərildiyi bildirilir.

 

Bəzi ispan KİV-lərinin məlumatına görə, şübhəli paket “Sanyaqo Bernabeu” stadionuna İtaliyadan göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar