Lüksemburq millisi Azərbaycanla oyuna 22 futbolçu tapdı
27 may 2013 12:35 (UTC +04:00)

Lüksemburq millisi Azərbaycanla oyuna 22 futbolçu tapdı

İyunun 7-də futbol üzrə Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup oyununda üz-üzə gələcək Lüksemburq milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, çırtdan ölkə təmsilçisi Bakıda keçiriləcək görüşə 22 futbolçu ilə gələcək.

8-ci km stadionunda baş tutacaq oyunda baş məşqçi Lük Holtz Azərbaycanda hücum futbolu oynamaq niyyətindədir. Ölkəmizə gələn heyətdə 6 hücumçu yer alıb. Eyni sayda müdafiəçiyə heyətdə yer verən mütəxəssis sonuncu olmamaq üçün mübarizədə yığmamızdan xal almağa çalışacaq. Bakıya gələcək heyətdə 2 qapıçı və 8 yarımmüdafiəçi də var.



Qapıçılar: Conatan Juber (“Düdelanj”), Mark Obervays (“Jeness”)



Müdafiəçilər: Massimo Martino (“Düdelanj”), Tom Laterza (“Fola”), Kris Filips (“Mets”, Fransa), Ante Bukviç (“Differdanj”), Maksim Şano (“Beersxot”, Belçika), Rikardo Aleyxo (“Jeness”)



Yarımmüdafiəçilər: Ben Payal (“Düdelanj”), Loren Yens (“Fola”), Lars Gerson (“Norçepinq”, İsveç), Çarlz Levek (“Ettelbruk”), Rene Peters (“Benfika”), Devid Sinani (“Ştrassen”), Mario Muş (“Sankt Qallen”, İsveçrə), Erik Hofman (“Jeness”)



Hücumçular: Daniel Da Mota (“Düdelanj”), Stefano Bensi (“Fola”), Mauris Devil (“Elversberq”, Almaniya), Ourelien Yoahim (“Villem”, Hollandiya), David Turpel (“Ettelbruk”), Antonio Luisi (“Letzeberq”).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar